...

ARDNŞ Türkiyədəki müəssisələrinin qaza olan tələbatını tam təmin edəcək

Energetika Materials 5 Dekabr 2012 10:17 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyə ərazisində 1,2 milyard kubmetr qaz satmaq hüququ ARDNŞ-nin bütün müəssisələrini yanacaqla təmin etməyə imkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ Türkiyədəki müəssisələrinin qaza olan tələbatını tam təmin edəcək

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyə ərazisində 1,2 milyard kubmetr qaz satmaq hüququ ARDNŞ-nin bütün müəssisələrini yanacaqla təmin etməyə imkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"Bu həcm ARDNŞ-nin Türkiyədə yeni neft emalı zavodunun yaradılması, şirkətin iştirak paya sahib olduğu "Petkim" neft-kimya kompleksinin yerləşdiyi ərazidə limanın inkişafı və elektrik stansiyasının tikintisi üzrə planlarından çıxış edilərək müəyyənləşdirilib", - Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, ARDNŞ-nin BOTAŞ-a verdiyi qazın idarə edilməsini təmin etmək üçün xüsusi komissiya yaradılıb. Komissiya "Petkim"ə qaz tədarükünü təmin edir və artıq qalan həcmi isə Türkiyənin daxili bazarında reallaşdırır.

"Artıq qalan qaz həcmi bazarda ona görə reallaşdırılır ki, ARDNŞ-nin Türkiyədə sadalanan layihələri işlənmə və həyata keçirilmə mərhələsindədir", - Abdullayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti