Azərbaycan, Bakı, 5 dekabr /Trend/
2012-ci ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 14 057 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 12 857 metri istismara, 1200 metri kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2012-ci ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 129 861 metr qazma işi görülüb ki, bunun da 123 186 metri istismara, 6675 metri kəşfiyyata aid olub.