...

Azərbaycanın şimalında kiçik su elektrik stansiyasının tikintisi başa çatıb

Energetika Materials 19 Dekabr 2012 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC "Qusar-1" yeni kiçik su elektrik stansiyasının tikintisini başa çatdırıb. Bu barədə Trend-ə çərşənbə günü ASC-dən məlumat verilib.

Kiçik su elektrik stansiyalarının tikintisi alternativ enerji mənbələrinin inkişafı istiqamətlərindən biridir və elektrik enerjisinin istehsalı prosesində yanacaqdan asılılığın azaldılması, həmçinin ölkənin hidroenerji potensialının cəlb edilməsinə imkan verir.

"Stansiyanın tikintisi üzrə işlər başa çatıb və praktiki olaraq istismara hazırdır", - ASC-dən deyiblər.

Elektrik stansiyasının gücü 1,1 meqavat təşkil edir.

İlkin hesablamalara əsasən, Azərbaycan ərazisində bütün çayların nəzəri olaraq hidroenergetik potensialı 40 milyard kilovat-saat təşkil edir. Buna baxmayaraq, texniki hesablamalara görə, bu potensialın 16 milyard kilovat-saatından istifadə mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti