...

Kuba Azərbaycanın dərin sularda aparılan qazma işləri üzrə təcrübəsində maraqlıdır – səfir

Energetika Materials 27 Dekabr 2012 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir S.Ağayeva/

Bu yaxınlarda Meksika körfəzi sahillərində kəşfiyyat qazmasına başlayan Kuba Azərbaycanın bu sahədəki təcrübəsinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə Kubanın Azərbaycandakı səfiri Omar Medina Kintero jurnalistlərə bildirib.

Diplomat hesab edir ki, Azərbaycan karbohidratların hasialtında zəngin təcrübəyə malikdir və bu təcrübə Kuba üçün faydalı ola bilər.

Meksika körfəzindəki Kuba milli şelfində yüksək keyfiyyətli böyük neft ehtiyatları aşkar edilib və ölkə hələ ötən yayda öz sahillərində kəşfiyyat qazmasına başlamaq niyyətini açıqlayıb. Bu gün orada İspaniyanın "Repsol" və Norveçin "Statoil", Malayziyanın "Petronas" və Venesuelanın "Pdvsa" şirkətləri işləyir.

Diplomatın sözlərinə görə, Kuba daxili ehtiyacları üçün hər il təxminən üç milyon ton neft hasil edir.

"Lakin məlumdur ki, daha böyük ehtiyatlar var və biz indi bu işə xarici şirkətləri cəlb edirik. Məlumdur ki, Azərbaycanın dərin sularda aparılan qazma işlərində təcrübəsi var və bu təcrübə bizim üçün faydalı ola bilər", - səfir qeyd edib.

Onun sözlərinə görə, iki ölkə neft sahəsində kadr hazırlığı üzrə fəal əməkdaşlıq edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti