...

Azərbaycanın qaz operatoru abonentləri yeni smart-sayğaclarla təmin edir

Energetika Materials 28 Dekabr 2012 12:12 (UTC +04:00)
Dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda 1 456 291 abonent qaz sayğacları ilə təmin olunub. Noyabrda bu rəqəm 1 443 188 təşkil edib.
Azərbaycanın qaz operatoru abonentləri yeni smart-sayğaclarla təmin edir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

Dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda 1 456 291 abonent qaz sayğacları ilə təmin olunub. Noyabrda bu rəqəm 1 443 188 təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin cümə günü "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, sayğacla təmin olunmuş abonentlərdən 1 438 348-i əhali kateqoriyasına, yerdə qalan 17 943-ü isə digər kateqoriyadan olan abonentlərə aiddir.

Hacıyev bildirib ki, dekabrın 1-nə olan məlumata görə, əhali qrupundan olan abonentlərdə quraşdırılmış smart-kart bazasında çalışan sayğacların sayı 894 273 ədəd təşkil edir ki, bu, sayğaclarla təmin olunmuş abonentlərin ümumi sayının 62,1 faizidir.

Onun sözlərinə görə, il ərzində magistral qaz kəmərlərinin qazla təmin olunması və onların təhlükəsizliyi üzrə, eləcə də qaz itkisinin azaldılması sahəsində işlər ardıcıl şəkildə davam etdirilib.

Hacıyevin deyib ki, İB-nin fəaliyyət göstərdiyi dövrdə (2009-2012-ci illər) qazla təmin edilmiş yaşayış məntəqələrinin sayı 338-ə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti