...

Azərbaycan neftinin mayın 7-nə olan qiymətləri

Energetika Materials 8 May 2013 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 7-də 108,56 dollar/barel təşkil edib. Bu barədə Trend-ə çərşənbə günü 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat veriblər.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 7-də 107,78 dollar/barel təşkil edib.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 7-də 104,2 dollar/barel təşkil edib.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti mayın 7-də 105,5 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti