Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A. Tağıyeva/
Həyata keçirilməsi yaxın illərdə nəzərdə tutulan Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təhlükəsizliyi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül İstanbulda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən deyib.
Gül konfrans iştirakçılarını diqqətinə çatdırıb ki, qaz kəməri üzrə birinci mərhələdə qaz Azərbaycanın "Şahdəniz" yatağından, sonrakı mərhələlərdə isə bu ölkənin digər yataqlarından tədarük ediləcək.
Gül bildirib: "Bundan əlavə, Türkmənistan qazının bu qaz kəməri üzrə tədarükləri istiqamətində işlər aparılır".