...

NQNK layihəsi çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə sənədin hazırlanmasına başlanılıb

Energetika Materials 20 May 2013 22:01 (UTC +04:00)
ARDNŞ-nin yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması istiqamətində işlər planauyğun şəkildə davam etdirilir.
NQNK layihəsi çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə sənədin hazırlanmasına başlanılıb

Azərbaycan, Bakı, 20 may /Trend/

ARDNŞ-nin yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması istiqamətində işlər planauyğun şəkildə davam etdirilir.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, layihənin reallaşdırılmasında digər məsələlərlə yanaşı, ekoloji məsələlərə diqqət yetirilməsinin vacibliyi nəzərə alınaraq, Kompleksin tikintisi və istismarı zamanı ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlərin öyrənilməsi, o cümlədən layihənin maliyyələşdirilməsi üçün önəmli olan yerli və beynəlxalq standartlara, habelə beynəlxalq maliyyə institutları, banklar və kredit təşkilatlarının tələblərinə cavab verən "Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi" (ƏMSSTQ) hesabatlarının hazırlanması və digər müvafiq ekoloji məsləhət xidmətlərinin göstərilməsi üzrə şirkətin müəyyən edilməsi üçün 27 sentyabr 2012-ci il tarixində ARDNŞ tərəfindən açıq müsabiqə elan edilmişdi. Müsabiqədə iştirak edən nüfuzlu beynəlxalq ekoloji məsləhətçi şirkətlər sırasından AECOM şirkəti qalib seçilib.

Bununla əlaqədar olaraq, 14-17 may 2013-cü il tarixlərində ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərliyi ilə NQNK layihəsi üçün ƏMSSTQ sənədini hazırlayacaq və layihə çərçivəsində ekoloji məsləhət xidmətləri göstərəcək AECOM şirkəti ilə ilkin əlaqələndirmə iclası keçirilib. İclasda ARDNŞ-nin NQNK layihəsi məsələləri üzrə Departamentinin, Ekologiya İdarəsinin, "SOCAR-Foster Viler" Mühəndis Xidmətləri Birgə Müəssisəsinin, "KBR" və AECOM şirkətlərinin nümayəndələri, habelə layihə üzrə müstəqil məsləhətçilər iştirak ediblər.

İclasda AECOM şirkətlərinin nümayəndələri tərəfindən ƏMSSTQ istiqamətində görüləcək işlər, bu zaman istifadə olunacaq norma və standartlar, prosedur və qaydalar haqqında məlumat verilib, şirkətin mütəxəssisləri ilə tədqiqat işlərinin həcmi, icra qrafiki, metodologiyası və cəlb olunacaq resurslar barədə fikir mübadiləsi aparılıb, digər mühüm məsələlər ətrafında müzakirələr keçirilib.

ƏMSSTQ sənədinin hazırlanması məqsədi ilə AECOM şirkəti tərəfindən yaxın vaxtlarda çöl tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. İşlərin tədqiqat sahəsi təxminən 4200 hektar sahəni - Səngəçal terminalının şimal hissəsində Abşeron və Qaradağ rayonlarının həmsərhəd ərazilərini əhatə edir.

Bundan başqa, ƏMSSTQ sənədinin hazırlanması üçün növbəti mərhələlərdə tədqiqat aparılacaq inzibati ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli rayon icra hakimiyyətlərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ilkin görüşlərin keçirilməsi nəzərdə tutulur. Ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edən bu sənədin tərtib edilməsi üçün AECOM şirkətində hazırlıq işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti