Azərbaycan, Bakı, 23 may /Trend, müxbir V. Javoronkova/
Azərbaycana məxsus "Şahdəniz" qaz yatağının işlənməsinə dair konsorsium Azərbaycan qazının Avropaya çatdırılması haqqında marşruta dair qərar qəbul etdikdən sonra Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin olunması işində daha əhəmiyyətli rol oynamağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.
"Azərbaycan qazı üçün yeni qaz kəmərlərinin açılması Avropanın enerji təchizatı üçün daha da əhəmiyyətli olacaq. İlk 10 milyard kubmetr qaz çox əhəmiyyətlidir, çünki 2020-ci ildə Avropa üçün alternativ resurslar daha böyük olacaq".
Onun sözlərinə görə, yeni layihələrə təkcə yalnız Azərbaycan qazı cəlb edilməyəcək.
"İnanırıq ki, onlara Türkmənistan qazı da cəlb olunacaq".