...

Azərbaycan və Rusiya enerji sistemlərinin inkişafına dair vahid siyasət haqqında saziş imzalayıblar

Energetika Materials 6 İyun 2013 18:38 (UTC +04:00)
Rusiyanın Volqoqrad şəhərində "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda keçirilən IV forum çərçivəsində RF vahid energetika sistemi və Azərbaycan energetika sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında saziş imzalanıb.
Azərbaycan və Rusiya enerji sistemlərinin inkişafına dair vahid siyasət haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Rusiyanın Volqoqrad şəhərində "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda keçirilən IV forum çərçivəsində RF vahid energetika sistemi və Azərbaycan energetika sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında saziş imzalanıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Rusiya energetika nazirinin müavini Anton İnyutsin sazişin imzalanmasından sonra jurnalistlərə bildirib: "Biz etibarlılıq və energetika sistemlərimizin effektivliyi üzrə yeni səviyyəyə çıxdıq. Saziş enerji sistemlərinin modernləşdirilməsi və inkişafına dair vahid siyasət yaratmağa imkan verəcək".

Azərbaycanın sənaye və inkişaf naziri Natiq Əliyev, öz növbəsində, sənədin "son dərəcə vacibliyini" vurğulayıb: "Biz energetika sistemlərinin texniki istismarının etibarlılığında bir-birimizə kömək etmək və qəza vəziyyətlərinin yaranması vaxtı qarşılıqlı yardımı göstərmək barədə öhdəlik götürdük".

Forum çərçivəsində Volqoqrad vilayəti və Azərbaycan arasında iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair saziş də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti