...

İtaliya XİN Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP marşrutunun seçilməsini alqışlayır

Energetika Materials 29 İyun 2013 12:56 (UTC +04:00)
İtaliyanın Xarici İşlər Naziri Emma Bonino Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Trans Adriatik” qaz boru kəməri marşrutunun seçimi haqqında qərarı və “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsinin yaradılmasını alqışlayır.
İtaliya XİN Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP marşrutunun seçilməsini alqışlayır

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/

İtaliyanın xarici işlər naziri Emma Bonino Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik qaz boru kəməri marşrutunun seçimi haqqında qərarı və "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsinin yaradılmasını alqışlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında yerləşdiyi məlumatda bildirilir.

İtaliya XİN rəhbərinin sözlərinə görə, marşrutun seçimi Avropanın energetika təhlükəsizliyinin və rəqabətə davamlılığın təminatı olacaq "Cənub Qaz Dəhlizi" inkişafı yolunda konkret addımdır.

Ötən gün Trans Adriatik boru kəməri (TAP) Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti