...

Azərbaycan və Rusiyanın neft sektorunda əməkdaşlığının davamlı inkişafı üçün yaxşı perspektivlər var

Energetika Materials 5 İyul 2013 17:01 (UTC +04:00)
Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Rusiya Federasiyasının "Rosneft" şirkətinin prezidenti İqor Seçinlə görüşüb.
Azərbaycan və Rusiyanın neft sektorunda əməkdaşlığının davamlı inkişafı üçün yaxşı perspektivlər var

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.İsmayılov/

Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Rusiya Federasiyasının "Rosneft" şirkətinin prezidenti İqor Seçinlə görüşüb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, İqor Seçini və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Rövnəq Abdullayev Rusiya ilə Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib, iki ölkənin neft-qaz sektorunda böyük təcrübəyə malik əməkdaşlıq əlaqələrinin bu münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib. O, Rusiya və Azərbaycan neftçiləri arasında həmişə mehriban və səmimi işgüzar münasibətlər olduğunu xatırladıb və bu munasibətlərin yeni dövrdə inkişaf etdirilməsi məqsədi ilə cari ilin əvvəlində ARDNŞ-nin Rusiyada nümayəndəliyinin yaradıldığını diqqətə çatdırılıb

R.Abdullayev "Rosneft"in prezidenti və yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfərinin neft-qaz sənayesində əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəyinə inandığını söyləyib.

"Rosneft" şirkətinin prezidenti İqor Seçin səmimi qəbul və yüksək səviyyəli qonaqpərvərlik üçün təşəkkürünü bildirib, bu görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını və onun belə bir fikri ilə tam razılaşdığını söyləyib ki, Rusiya və Azərbaycanın neft sektorunda əməkdaşlığının davamlı inkişafı üçün yaxşı perspektivlər var.

ARDNŞ-nin regionda ən böyük şirkətlərdən biri olduğunu vurğulayan İ.Seçin əmin olduğunu bildirib ki, iki şirkət arasında müxtəlif fəaliyyət sahələrində əməkdaşlıq əlaqələri qarşıdakı dövrdə daha da inkişaf edəcək və daha yüksək səviyyəyə qalxacaqdır.

Sonra "ARDNŞ və "Rosneft": əməkdaşlığın perspektivləri" mövzusunda təqdimat keçirilib. Təqdimatda iki şirkətin Azərbaycan və Rusiyada, habelə üçüncü ölkələrdə fəaliyyət istiqamətləri geniş əks olunub. Tərəflər hazırda həyata keçirilən və planlaşdırılan layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu vurğulayıb, bu imkanların gerçəkləşdirilməsi istiqamətində səylərin artırılması zərurətini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti