...

Ötən ay BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 5 İyul 2013 19:23 (UTC +04:00)
2013-cü ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 544 min 149 ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

2013-cü ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 544 min 149 ton Azərbaycan nefti nəql olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 15 milyon 180 min 756 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyul ayının 1-dək BTC-yə 220 milyon 632 min 390 ton neft vurulub.

Bundan başqa, cari ilin iyun ayında BTC kəməri ilə 270 min 350 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti