...

2009-cu ildən Azərbaycanda 21 min kilometrdən artıq qaz kəməri çəkilib

Energetika Materials 23 İyul 2013 17:46 (UTC +04:00)
Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 5049,9 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 938,6 kilometr uzunluğunda kəmərlərdə isə əsaslı təmir işləri aparılıb.
2009-cu ildən Azərbaycanda 21 min kilometrdən artıq qaz kəməri çəkilib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/

Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 5049,9 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 938,6 kilometr uzunluğunda kəmərlərdə isə əsaslı təmir işləri aparılıb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumilikdə "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyət göstədiyi 2009-2013-cü illər ərzində 21 207,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 20 108,7 kilometri regionların, 916,2 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb.

Həmin dövrdə ümumilikdə 6892,5 kilometr uzunluğunda qaz kəmərində təmir işləri aparılıb. Təmir işlərinin 3899,6 kilometri Bakı şəhərində, 2851,3 kilometri regionlarda, qalan 141,6 kilometri isə magistral qaz kəmərlərində görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti