...

ARDNŞ "Bulla-Dəniz" yatağında qəzalı quyunun xilas edilməsi üzrə işləri davam etdirir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 3 Sentyabr 2013 18:57 (UTC +04:00)
Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) daha əvvəl qəza baş vermiş və yanğının davam etdiyi "Bulla-Dəniz" yatağında quyunu xilas etməyi qarşısına məqsəd qoyub.
ARDNŞ "Bulla-Dəniz" yatağında qəzalı quyunun xilas edilməsi üzrə işləri davam etdirir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Vəliyev/

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) daha əvvəl qəza baş vermiş və yanğının davam etdiyi "Bulla-Dəniz" yatağında quyunu xilas etməyi qarşısına məqsəd qoyub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda "Bulla-Dəniz"də qəzanın aradan qaldırılması üzrə texniki işlər aparılır.

R.Abdullayev qeyd edib ki, şirkət daha əvvəl quyunu ortadan qaldırmaqla orada yanğını söndürə bilərdi, lakin məqsəd quyunun xilas edilməsi və istismarıdır: "Belə ki, quyuda hasilat göstəriciləri yüksək olduğundan onun istismarı məqsədəuyğundur".

Hazırda ARDNŞ platformada alovun yayılmasının qarşını almağa və onu şaquli müstəviyə çevirməyə nail olub ki, bu da yanğının söndürülməsi prosesini asanlaşdırır. Bundan başqa, platformadan avadanlıqlar götürülüb.

R.Abdullayev deyib ki, hazırda quyudakı yanğın səbəbindən sutkada təqribən 2,5-3 milyon kubmetr qaz yanır: "Daha əvvəl "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda məşəldə ekologiyaya hiss ediləcək zərər vermədən sutkada təqribən 6-7 milyon kubmetr qaz yandırılırdı (hazırda aparılan texniki tədbilər sayəsində bu göstərici minimuma endirilib)".

Qeyd edək ki, avqustun 17-də "Bulla-Dəniz" yatağındakı 90 saylı quyuda qazma işləri zamanı qəza baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti