Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
2013-cü ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 14 781 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 14 226 metri istismara, 555 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-avqust aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 107 209 metr qazma işi görülüb ki, bunun da 100 896 metri istismara, 6313 metri kəşfiyyata aid olub.