...

"Bulla-Dəniz" yatağında qəza baş vermiş meydançanın şimal hissəsi təmizlənib

Energetika Materials 6 Sentyabr 2013 13:54 (UTC +04:00)
“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın ləğv edilməsi istiqamətində işlər sentyabrın 5-də də plan üzrə davam etdirilib.
"Bulla-Dəniz" yatağında qəza baş vermiş meydançanın şimal hissəsi təmizlənib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

"Bulla-Dəniz" yatağında qazma zamanı baş vermiş qəzanın ləğv edilməsi istiqamətində işlər sentyabrın 5-də də plan üzrə davam etdirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, gün ərzində qəza baş vermiş meydançanın şimal hissəsi yanğınsöndürmə gəmilərinin dəstəyi və "Zülfü Hacıyev" kran gəmisi vasitəsilə artıq əşyalardan təmizlənib. Qəza-ləğvetmə işləri üçün tələb olunan avadanlıqlar da artıq gətirilib və "Qurban Abbasov" kran gəmisinə yüklənilib, lazımi su nasosları isə yedək gəmisinə quraşdırılıb.

Hazırda ARDNŞ-nin və "Halliburton" şirkətinin "BOOTS & COOTS" servis xidməti mütəxəssislərinin iştirakı ilə fontanın ram olunması üçün istifadə olunacaq atqıya qarşı avadanlığın yoxlanması və sazlanması işləri yerinə yetirilir. Eyni zamanda, qəza-ləğvetmə işlərinin sonrakı ardıcıllıqla həyata keçirilməsi planı üzərində birgə işlər də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti