...

Azərbaycanda enerji təchizatı şəbəkələrinə qoşulma qaydaları təsdiq edilib

Energetika Materials 7 Sentyabr 2013 14:32 (UTC +04:00)
Nazirlər Kabinetinin 27 avqust 234 saylı qərarı ilə "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Azərbaycanda enerji təchizatı şəbəkələrinə qoşulma qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.Əliyev/

Nazirlər Kabinetinin 27 avqust 234 saylı qərarı ilə "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir.

Belə ki, sənəd tikinti obyektlərinə elektrik enerjisinin verilməsi üçün norma və müddəti, eləcə də texniki şərtlərin hazırlanması və təqdim edilməsini müəyyənləşdirir.

Sənəddə deyilir ki, istehlakçı verilmiş texniki şərtlərdən narazı qalarsa, inzibati və məhkəmə qaydasında təzminat tələb etmək hüququna malikdir.

Qaydalara əsasən, tikinti obyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulmasına görə ödənişin həcmini Tarif Şurası müəyyənləşdirir, qoşulma haqqında müvafiq akt isə ərizənin daxil olmasından sonra beş gündən gec olmayaraq tərtib edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti