...

ARDNŞ: Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan təhsil sisteminin inkişafının yeni mərhələsinin başlanğıcıdır

Energetika Materials 16 Sentyabr 2013 19:12 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən yaradılan Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan təhsil sisteminin inkişafının yeni mərhələsinin başlanğıcının əsasını qoyacaq.
ARDNŞ: Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan təhsil sisteminin inkişafının yeni mərhələsinin başlanğıcıdır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən yaradılan Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan təhsil sisteminin inkişafının yeni mərhələsinin başlanğıcının əsasını qoyacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakı İstedadlar Təhsil Kompleksi və Bakı Fransız Liseyində tədris ilinin başlanması münasibətilə keçirilmiş tədbirdə çıxışı zamanı ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Mərkəzdə ibtidai təhsillə tanış olan R.Abdullayev vurğulayıb ki, bu təhsil müəssisəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək çağırışının reallaşdırılması istiqamətində əhəmiyyətli addımdır.

Bu yaxınlarda açılan ibtidai məktəbbeş illik olacaq. Burada tədris prosesi Azərbaycan və Britaniya proqramları əsasında aparılacaq. Hazırda məktəbdə 4 birinci, 4 ikinci sinif və hərəsindən 2 olmaqla üçüncü, dördüncü və beşinci siniflər var.

ARDNŞ prezidenti təhsilin Fransa milli tədris proqramına uyğun aparılacağı Bakı Fransız Liseyi ilə də tanış olub. Lisey Fransa Təhsil Nazirliyinin standartlarına müvafiq olaraq attestatlar verəcək. Liseydə uşaq bağçasının üç qrupu və birinci-səkkizinci siniflər fəaliyyət göstərməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti