...

Yunanıstanın “DESFA” şirkətinin səhmlərinin alınması Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayacaq

Energetika Materials 20 Sentyabr 2013 11:18 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Yunanıstanın “DESFA” (Yunanıstanın milli qazpaylayıcı şəbəkəsinin operatoru) şirkətinin səhmlərini əldə etməsi Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayacaq.
Yunanıstanın “DESFA” şirkətinin səhmlərinin alınması Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Yunanıstanın "DESFA" (Yunanıstanın milli qazpaylayıcı şəbəkəsinin operatoru) şirkətinin səhmlərini əldə etməsi Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayacaq.

Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in rəhbəri Rövnəq Abdullayevin cümə günü "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilir.

Məqalədə bildirilir ki, ARDNŞ eyni zamanda Yunanıstanın qaz bazarına da daxil olmaq ərəfəsindədir. Bu ölkənin qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin satın alınması barədə Yunanıstanın Əmlakın İdarə Edilməsi Fondu ilə razılıq əldə edilmişdir. DESFA ilə TAP konsorsiumu arasında imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən, kəmərin Yunanıstan ərazisindən keçən hissəsinin istismarı həyata keçiriləcək, texniki xidmət sahələrinə dəstək göstəriləcək.

Abdullayev vurğulayıb: "Gələcəkdə Yunanıstan-İtaliya və Yunanıstan-Türkiyə boru kəmərlərinin tikintisi nəzərdə tutulur ki, bu da DESFA qarşısında yeni imkanlar açacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti