...

Taner Yıldız: TANAP Türkiyədə qazın qiymətinin aşağı salınmasına imkan verəcək

Energetika Materials 18 Oktyabr 2013 11:02 (UTC +04:00)
Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) Türkiyədə qazın qiymətinin aşağı salınmasına imkan verəcək.
Taner Yıldız: TANAP Türkiyədə qazın qiymətinin aşağı salınmasına imkan verəcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir R. Hafizoğlu/

Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) Türkiyədə qazın qiymətinin aşağı salınmasına imkan verəcək. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Yıldız bildirib ki, TANAP layihəsi iqtisadiyyat sahəsində əhəmiyyətli layihələrdən biridir.

Bir müddət əvvəl Taner Yıldız Türkiyədə qaz istehlakçılara idxal qiymətindən aşağı satıldığını bildirmişdi.

Nazirin sözlərinə görə, Türkiyə qazı aşağı qiymətlərlə əldə etmir, lakin onun satışı zamanı istehlakçıların imkanları nəzərə alınır.

T.Yıldız, həmçinin vurğulayıb ki, 2012-ci ildə Türkiyədə 45,5 milyard kubmetr qaz istehlak edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti