...

Füzuli rayonunun İkinci Mahmudlu kəndinə təbii qaz verilib

Energetika Materials 18 Noyabr 2013 15:07 (UTC +04:00)
Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Füzuli rayonunun İkinci Mahmudlu kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Füzuli rayonunun İkinci Mahmudlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, 297 abonenti olan İkinci Mahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13576 metr olan müxtəlif diametrli polietilen, uzunluğu 1640 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 297 ədəd qaz sayğacı və müvafiq sayda fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti