...

Mer: Azərbaycan neftinin Rotterdam limanından nəqli artırıla bilər

Energetika Materials 21 Noyabr 2013 12:26 (UTC +04:00)
Hollandiya Azərbaycan neftinin Rotterdam limanından nəqlinin artırılmasında maraqlıdır.
Mer: Azərbaycan neftinin Rotterdam limanından nəqli artırıla bilər

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Əliyev/

Hollandiya Azərbaycan neftinin Rotterdam limanından nəqlinin artırılmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə şəhərin meri Əhməd Əbutalib bildirib.

Onun sözlərinə görə, neft nəqli həcmlərinin artırılması imkanları dünən ARDNŞ-də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) keçirilən görüşdə qeyd olunub.

Mer bildirib ki, Azərbaycan nefti çox yüksək keyfiyyətə malikdir: "Hazırda Rotterdam limanı vasitəsilə iki milyon ton Azərbaycan nefti daşınır ki, bu da dünyada ən iri limanlardan biri olan Rotterdam limanından daşınan neftin ümumi həcminin cəmi iki faizini təşkil edir. Biz hesab edirik ki, bu həcmləri artırmaq olar və bu, lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti