Azərbaycan, Bakı, 4 dekabr /Trend/
2013-cü ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 401 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 11 771 metri istismara, 630 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 138 439 metr qazma işi görülüb ki, bunun da 131 475 metri istismara, 6964 metri kəşfiyyata aid olub.