Türkiyə, İstanbul, 4 dekabr /Trend, xüsusi müxbir A.Axundov /
Xəzər regionu böyük enerji ehtiyatlarına malik olan iri nəqliyyat dəhlizləri üçün, dünyada ən vacib iqtisadi sahələrdən biri sayılır.
Bu barədə çərşənbə günü Türkiyənin gömrük və ticarət naziri Həyatı Yazıcı İstanbulda Xəzər forumunun açılışında bildirib.
"Xəzər bölgəsinin mühümlüyü 1,9 milyard insanın həyatına bu və ya digər dərəcədə təsir göstərir ki, dünya əhalisinin dörddə birini təşkil edir. Xəzər və ətraf bölgə ölkələrin ÜDM 20 trilyon dolları ötür ki, bu da dünya ÜDM-nin dörddə birinə bərabərdir", - Yazıcı deyib.
Onun sözlərinə görə, Xəzər regionu ölkələrində neft ehtiyatlarının 12 faizi, təbii qaz ehtiyatlarının dörd faizi cəmləşib.
"Son illər enerji ehtiyatlarının Xəzər hövzəsindən qərb bazarlarına nəqli məsələsi gündəmə gəlib. Mütəxəssislərin hesablamalarına görə, 2030-cu ilədək dünyada enerji resurslarına olan tələbat 60 faiz, Avropada isə yaxın 20 il ərzində - 45 faiz artacaq. Bundan başqa, bu gün Avropada istehlak edilən qazın 51 faizi idxal hesabına təmin olunur, 2020-ci ildə bu göstərici 70 faizədək artacaq, bu isə yeni enerji ehtiyatları mənbələrinin tapılması məsələsini gərginləşdirəcək", - Yazıcı deyib.
HASEN Xəzər strateji institutu tərəfindən təşkil olunmuş üçüncü Xəzər forumu dünyanın 30-35 ölkəsindən yüksək vəzifəli rəsmi şəxsləri, şirkət nümayəndələrini və aparıcı ekspertləri toplayıb.
Forumda Xəzər regionun energetika, nəqliyyat və maliyyə sahələrində layihələri müzakirə olunacaq, gələcək əməkdaşlıq imkanları araşdırılacaq.