...

Taner Yıldız: Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı gücləndirməlidirlər

Energetika Materials 5 Dekabr 2013 14:08 (UTC +04:00)
Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı gücləndirməlidirlər, çünki Avropada təbii resurslara olan tələbatın artması şəraitində bu tərəfdaşlığın əhəmiyyəti yalnız artacaq.
Taner Yıldız: Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı gücləndirməlidirlər

Türkiyə, İstanbul, 5 dekabr /Trend, xüsusi müxbir A.Axundov/

Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı gücləndirməlidirlər, çünki Avropada təbii resurslara olan tələbatın artması şəraitində bu tərəfdaşlığın əhəmiyyəti yalnız artacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız İstanbulda keçirilən III Xəzər Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələrinin həyata keçirilməsi ilə təbii qazın Xəzər hövzəsindən Avropaya çatdırılması üzrə çox önəmli halqa formalaşır: "Hazırda Avropada təbii qaza olan tələbat ildə 500-520 milyard kubmetr qaz təşkil edir, 2030-cu ilə bu rəqəmin 700 milyard kubmetrədək artması gözlənilir ki, bu da Türkmənistan, İran və İraqın töhfə verə biləcəyi Cənub Qaz Dəhlizinin əhəmiyyətini artırır".

T. Yıldız qeyd edib ki, yaxın illərdə Türkiyədə qaza tələbat 50-52 milyard kubmetrədək artacaq: "Hazırda Türkiyə əhalisinin 83 faizi qazdan istifadə edir, 2015-ci ilə bütün ölkə ərazisi qazlaşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti