...

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin tikiləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi işlərinə başlanılıb

Energetika Materials 11 Dekabr 2013 15:54 (UTC +04:00)
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa ediləcəyi ərazidə mövcud olan infrastrukturun köçürülməsi məqsədilə işlərə başlanılıb.
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin tikiləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi işlərinə başlanılıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa ediləcəyi ərazidə mövcud olan infrastrukturun köçürülməsi məqsədilə işlərə başlanılıb.

ARDNŞ-nin yeni inşa edəcəyi Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında Nazirlər Kabinetinə edilmiş müraciətə müsbət cavab verilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə Bakı şəhər və Abşeron rayon icra hakimiyyətlərinin müvafiq sərəncamları əsasında Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində, Səngəçal terminalının yaxınlığında 4200 hektara yaxın torpaq sahəsi ayrılıb. Həmin ərazidə mövcud olan infrastrukturların köçürülməsi məqsədilə müvafiq qurumlarla danışıqlara başlanılıb.

Qeyd olunan ərazidə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus rabitə xətləri, "Azərsu" ASC-yə məxsus su xətti, "Azəriqaz" İB-yə məxsus qaz xətti, "Azərenerji" ASC-yə və "Bakıelektrikşəbəkə" ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçdiyi nəzərə alınaraq, bunların köçürülməsi ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə layihələndirmə işləri həyata keçirilməkdədir.

Layihələndirmə işləri yekunlaşdıqdan sonra müvafiq tikinti təşkilatları cəlb ediləcək və həmin xətlərin köçürülməsi işlərinə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti