...

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa ediləcəyi ərazidə geotexniki və hidroloji işlər görülür

Energetika Materials 18 Dekabr 2013 19:07 (UTC +04:00)
ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası ilə əlaqədar olaraq işlər ardıcıl olaraq davam etməkdədir.
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa ediləcəyi ərazidə geotexniki və hidroloji işlər görülür

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası ilə əlaqədar olaraq işlər ardıcıl olaraq davam etməkdədir.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, artıq NQNK-nın və kənar infrastrukturun layihələndirilməsi üçün Kompleksin inşa ediləcəyi ərazidə detallı geofiziki, geotexniki və hidroloji işlərin həyata keçirilməsinə zərurət yaranıb. Həmin işləri "Fugro Survey Ltd. (Caspian)" şirkəti həyata keçirəçək.

Hazırda ərazidə geofiziki işlər yekunlaşıb, hidroloji və geotexniki işlər isə davam etməkdədir. Həyata keçiriləcək işlərin yekununda torpaq tədqiqat işləri barədə hesabat hazırlanacaq və həmin sənəddən ərazidə aparılacaq tikinti işləri üçün layihələndirmə işlərində istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti