...

Naxçıvanda Tumbul sahəsində qaz anbarının yaradılması üzrə seysmik kəşfiyyat işləri emal mərhələsindədir

Energetika Materials 20 Dekabr 2013 15:19 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Nehrəm duz yatağı bazasında, Tumbul sahəsində qaz anbarının yaradılması qərara alınıb.
Naxçıvanda Tumbul sahəsində qaz anbarının yaradılması üzrə seysmik kəşfiyyat işləri emal mərhələsindədir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Naxçıvan Muxtar Respublikasının Nehrəm duz yatağı bazasında, Tumbul sahəsində qaz anbarının yaradılması qərara alınıb.

Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən xəbər verir ki, bu günlərdə ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İdarəsi tərəfindən Tumbul sahəsində seysmik kəşfiyyat işləri aparılıb.

Sahədə yeraltı qaz anbarının yaradılması mümkünlüyünün dəqiqləşdirilməsi məqsədilə 27,5 kvadrat kilometr ərazidə 3D və 12,4 xətti kilometr həcmində 2D seysmik kəşfiyyat işləri yerinə yetirilib. Hazırda işlər emal-interpretasiya mərhələsindədir. Alınacaq məlumatlar əsasında strukturun geoloji quruluşu dəqiq öyrəniləcək.

Qeyd edək ki, artıq Tumbul sahəsində 1 nömrəli kəşfiyyat quyusunda qazma işləri başa çatıb. Quyuda 631-688 metr intervaldan aşkarlanmış duz layı həmin ərazidə yeraltı qaz anbarının yaradılması istiqamətində əldə olunmuş ilk nailiyyətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti