...

2013-cü ildə Azərbaycanda tərəfdaşların enerji layihələri üzrə xərcləri 2 milyard dolları ötüb

Energetika Materials 14 Fevral 2014 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü ildə Britaniyanın BP şirkətinin Azərbaycanda operatoru olduğu layihələr çərçivəsində podrat işləri və sifarişlərin yerinə yetirilməsi üzrə xərclər 2,25 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə BP-nin 2013-cü ildə Azərbaycandakı fəaliyyətinin yekunlarına dair hesabatda deyilir.

Kiçik və orta müəssisələrin (fiziki şəxslər də daxil olmaqla cəmi 403 ədəd) podrat işləri üzrə xərcləri 835 milyon dollar, dövlət şirkətləri (38) 175 milyon dollar, yerli tərəfdaşı olan birgə müəssisələrin (13) xərcləri isə 533 milyon dollar təşkil edib. Ötən il ölkə daxilində əcnəbi podratçıların xərcləri 712 milyon dollar olub.

Ötən il ərzində sosial məsuliyyət çərçivəsində layihələrə 2,7 milyon dollar xərclənib. O cümlədən, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində xərclər 0,43 milyon dollar, "Şahdəniz" qaz-kondensat yatağı - 0,43 milyon dollar, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri üzrə isə 0,87 milyon dollar təşkil edib.

Göstərilən bütün enerji layihələrinin iştirakçısı olan ВР şirkəti özünün sosial məsuliyyət layihələri çərçivəsində təqribən bir milyon dollar xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti