...

ARDNŞ Gürcüstanda yeni qaz şəbəkəsini istismara verib

Energetika Materials 14 Fevral 2014 15:25 (UTC +04:00)
Bu gün Gürcüstanın Kareli rayonunun Dzlevicari kəndində yeni qaz şəbəkəsi istsimara verilib.
ARDNŞ Gürcüstanda yeni qaz şəbəkəsini istismara verib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bu gün Gürcüstanın Kareli rayonunun Dzlevicari kəndində yeni qaz şəbəkəsi istsimara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, açılış mərasimində Gürcüstanın energetika naziri Kaxi Kaladze, "SOCAR Energy Georgia" və "SOCAR Georgia Gas" şirkətlərinin rəhbərləri iştirak ediblər.

Dzlevicari kəndində 15 kilometr uzunluğunda yeraltı polietilen qaz kəməri çəkilib. Şəbəkənin 330 abonentə xidmət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, bununla da Kareli rayonunda 86 kilometr uzunluğunda qaz şəbəkəsinin çəkilişi tamamilə başa çatıb, 2768 abonent qazla təmin olunub. Ümumilikdə Şida Kartli diyarında çəkilmiş qaz kəmərlərinin uzunluğu 591 kilometrə çatdırılıb ki, bu da 18315 abonentin qaz şəbəkəsinə qoşulmasına imkan verib. Cari ilin sonuna kimi daha 127 kilometrlik qaz kəmərinin istismara verilməsi və 1500 abonentin qazla təminatı nəzərdə tutulur.

2009-cu ildən bu günə kimi "SOCAR Georgia Gas" şirkəti tərəfindən ölkə miqyasında 4000 kilometr qaz kəməri tikilib, nəticədə 188 mindən çox abonent qazla təmin olunub. İlin sonuna kimi 750 kilometr uzunluğunda qaz kəmərinin çəkilişi və daha 22 min abonentin qazla təminatı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti