Azərbaycan, Bakı, 17 fevral /Trend/
ARDNŞ-yə məxsus neftin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixracına başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 15 fevral 2014-cü il tarixdən etibarən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus xam neftin təchizatına başlanılıb.
Bundan başqa, hazırda Bakı-Novorossiysk kəməri ilə ARDNŞ-yə məxsus neftin nəqli barədə Rusiya Federasiyasının "Transneft" şirkəti ilə də danışıqlar davam etdirilir.
ARDNŞ-nin hasil etdiyi neftin BTC vasitəsilə nəqlinə başlanılması Şirkətin bu neftin ixrac istiqamətlərinin diversifikasiyasını təmin edir.