...

Ötən ay Azərbaycanda təqribən 120 min ton benzin istehsal olunub

Energetika Materials 18 Fevral 2014 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvarında Azərbaycanda 119,3 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2013-ci ildə qeydə alınan analoji göstəricidən 2,8 faiz azdır. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Ümumilikdə bu ilin yanvarında 404,4 min ton əsas neft məshulları istehsal edilib.

2013-cü ildə Azərbaycanda təqribən 1,4 milyon ton avtomobil benzini istehsal olunub. Bu rəqəm 2012-ci ildə təqribən 1,3 milyon ton təşkil edib. Ötən il Azərbaycanda 5,09 milyon ton əsas neft məhsulları istehsal olunub.

Azərbaycanda neft məhsulları istehsalı cədvəli:

Neft məhsulları istehsalı

2014-cü il yanvar(min

2013-cü ilin yanvarına nisbətən (%)

Avtomobil benzini

119,3

97,2

Nafta

2,8

15,9

Ağ neft

60,9

97,8

Dizel yanacağı

198,7

82,6

Sürtkü yağı

5

135,1

Neft bitumu

18

73,8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti