...

Azərbaycan şirkətləri Sudanda energetika sahəsinə sərmayə yatırmağa dəvət olunurlar

Energetika Materials 24 Fevral 2014 12:55 (UTC +04:00)
Sudanın neft naziri Xatim Abul Qasım Azərbaycanın enerji şirkətlərini Sudanda neft və qaz sahəsinə sərmayə yatırmağa dəvət edib.
Azərbaycan şirkətləri Sudanda energetika sahəsinə sərmayə yatırmağa dəvət olunurlar

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Sudanın neft naziri Xatim Abul Qasım Azərbaycanın enerji şirkətlərini Sudanda neft və qaz sahəsinə sərmayə yatırmağa dəvət edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Sudanın "bernama.com" xəbər saytı xəbər yayıb.

Məlumatda deyilir ki, neft naziri Sudan iqtisadiyyatına sərmayə yatırılması məsələsini Azərbaycanın Sudandakı səfiri Şahin Abdullayevlə müzakirə edib.

Görüşdə tərəflər ölkələr arasında enerji sektorunda əməkdaşlığın perspektivlərini, eləcə də təbii qaz və neft məhsulları sahəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını da müzakirə ediblər.

Neft naziri Azərbaycanın onun ölkəsinin neft sektorunu investisiyalaşdırmaq sahəsində istəyini alqışlayıb.

Öz növbəsində, görüş zamanı Abdullayev Azərbaycanın Sudanla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq etmək istəyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti