Azərbaycan, Bakı, 3 aprel /Trend/
2014-cü ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 975 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 11 452 metri istismara, 523 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-mart aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 33 777 metr qazma işi görülüb ki, bunun da 33 186 metri istismara, qalanı isə kəşfiyyata aid olub.