...

ARDNŞ NQNK layihəsinin icrası ilə əlaqədar maraqlı tərəflərin cəlb olunması prosesinə başlayıb

Energetika Materials 25 Aprel 2014 15:17 (UTC +04:00)
ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsi çərçivəsində maraqlı tərəflərin cəlb olunması prosesi üzrə işlər davam etdirilir.
ARDNŞ NQNK layihəsinin icrası ilə əlaqədar maraqlı tərəflərin cəlb olunması prosesinə başlayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsi çərçivəsində maraqlı tərəflərin cəlb olunması prosesi üzrə işlər davam etdirilir. Bu barədə Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir.

Məlum olduğu kimi, ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsinin reallaşdırılması üzrə ekoloji məsləhət xidmətlərinin göstərilməsi üçün tender əsasında cəlb olunmuş "AECOM" şirkəti tərəfindən Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi (ƏMSSTQ) hesabatlarının hazırlanması istiqamətində mərhələli şəkildə tədqiqat işləri aparılır.

Hazırda ARDNŞ tərəfindən NQNK layihəsinin icrası ilə əlaqədar maraqlı tərəflərin cəlb olunması prosesinə başlanılıb. Məqsəd bütün maraqlı tərəflərə layihə və hazırda həyata keçirilən ƏMSSTQ işləri barədə məlumatları vaxtında çatdırmaqdan, layihə ilə əlaqədar rəy və təkliflərin toplanılmasından ibarətdir. Bu proses maraqlı tərəflərlə sıx əlaqələrin qurulmasına və NQNK layihəsinin uğurla həyata keçirilməsinə kömək edəcək.

Maraqlı tərəflərin cəlb olunması prosesi beynəlxalq standartların və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Proses, əsasən, NQNK-nın Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi mərhələsinə təsadüf edəcək. Bu mərhələdə maraqlı tərəflərlə mütəmadi olaraq görüşlər keçiriləcək, layihə ilə əlaqədar yerli icmaların təklif və rəyləri öyrəniləcək, həmin rəy və təkliflər yekun ƏMSSTQ sənədində nəzərə alınacaq. Artıq bu məqsədlə ARDNŞ-nin rəsmi internet səhifəsində şikayətlərin, o cümlədən rəy və təkliflərin verilməsi və baxılması üzrə mexanizm işlənilib ki, həmin mexanizm də layihənin təsirinə məruz qalan tərəflər üçün narahatlıq doğuran məqamların, rəy və təkliflərin araşdırılmasına, hesabatda nəzərə alınmasına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti