Azərbaycan, Bakı, 6 may /Trend/
2014-cü ilin aprel ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 810 metr qazma işi həyata keçirib.
Trend ARDNş-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 12 479 metri istismara, 331 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 46 587 metr qazma işi görülüb ki, bunun da 45 665 metri istismara, 922 metri isə kəşfiyyata aid olub.