...

Türkiyənin TPAO şirkəti "Total"ın "Şahdəniz" layihəsindəki payını alır

Energetika Materials 30 May 2014 10:26 (UTC +04:00)
Türkiyənin TPAO şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsindəki payını Fransanın "Total" şirkətinin hesabına 19 faizədək artırır.
Türkiyənin TPAO şirkəti "Total"ın "Şahdəniz" layihəsindəki payını alır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/

Türkiyənin TPAO şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsindəki payını Fransanın "Total" şirkətinin hesabına 19 faizədək artırır. Bu barədə Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə məlumat verib.

Tərəflər artıq "Total" şirkətinin "Şahdəniz" layihəsindəki 10 faiz payının TPAO tərəfindən alınmasına dair məsələni razılaşdırıblar.

TPAO-nun "Total" şirkətinin payını almasına dair saziş mayın 30-da İstanbulda imzalanacaq. Sövdələşmənin dəyəri açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti