...

Azərbaycan neftinin qiymətləri: 26-30 may həftəsinin yekunları

Energetika Materials 2 İyun 2014 17:03 (UTC +04:00)
Ötən həftə - 26-30 may tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113,08 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,76 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 26-30 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 26-30 may tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113,08 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,76 dollar azdır.

Trend-in məlumatına görə, 26-30 may həftəsində AZERI LT-nin qiyməti maksimum 113,99, minimum isə 112,07 dollar/barel təşkil edib.

26-30 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 106,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,26 dollar azdır.

26-30 may həftəsində URALS-ın qiyməti maksimum 108,09, minimum isə 105,87 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

26-30 may həftəsində "Brent Dated" növünün orta qiyməti 109,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,95 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 110,76 dollar, minimum isə 109,1 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti