...

Ötən il Dövlət Neft Fondunun uzunmüddətli aktivləri 1,5 milyard dolları ötüb

Energetika Materials 4 İyun 2014 15:24 (UTC +04:00)
2013-cü ilin nəticələrinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri təqribən 28,31 milyard manat olub.
Ötən il Dövlət Neft Fondunun  uzunmüddətli aktivləri 1,5 milyard dolları ötüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü ilin nəticələrinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri təqribən 28,31 milyard manat olub. Bu göstərici 2012-ci ildə 26,89 milyard manatdan çox təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNF-nin saytında yerləşdirilən hesabatda deyilir.

Hesabata əsasən, aktivlərin ümumi həcmindən 27,09 milyard manatı cari aktivlərin, təqribən 1,22 milyard manatı isə uzunmüddətli aktivlərin payına düşüb.

Hesabatda bildirilir ki, 2013-cü ildə ARDNF-yə 13,6 milyard manat (fondun büdcəsində təsdiq edilmiş 11,48 milyard manata qarşı) daxil olub. Ötən il fondun xərcləri isə 12,3 milyard manatı (büdcədə təsdiq edilmiş 13,4 milyard manata qarşı) ötüb.

Qeyd edək ki, fond 1999-cu ildə yaradılan zaman onun aktivləri 271 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti