...

Bu gün Bakıda və 7 rayonda qaz olmayacaq

Energetika Materials 19 İyun 2014 10:52 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu gün Bakıda və 7 rayonda qaz olmayacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12:00-dək Masallı, saat 12:00-dan 14:00-dək Oğuz, saat 14:00-dan 16:00-dək Ağcabədi, saat 14:00-dan 18:00-dək Lerik, saat 16:00-dan 18:00-dək Qax və Tovuz, saat 17:00-dan 19:00-dək Füzuli rayonlarının bir hissəsinə, həmçinin təmir işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti