...

ARDNŞ ilin əvvəlindən 72 min metrdən çox qazma işi görüb

Energetika Materials 3 İyul 2014 15:35 (UTC +04:00)
2014-cü ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9908 metr qazma işi həyata keçirib.
ARDNŞ ilin əvvəlindən 72 min metrdən çox qazma işi görüb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

2014-cü ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9908 metr qazma işi həyata keçirib.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 9875 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 72 130 metr qazma işi görülüb ki, bunun da 70 502 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti