...

BP: Dünyada maye karbohidrogenlərdən istifadənin artacağı gözlənilir

Energetika Materials 10 İyul 2014 17:41 (UTC +04:00)
Şist neftinin hasilatında inqilab və bu istiqamətin inkişafı ABŞ-da neft istehsalı həcmlərinin sutkada bir milyon bareldən çox artmasına gətirib çıxardı.
BP: Dünyada maye karbohidrogenlərdən istifadənin artacağı gözlənilir

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Emil İsmayılov/

Şist neftinin hasilatında inqilab və bu istiqamətin inkişafı ABŞ-da neft istehsalı həcmlərinin sutkada bir milyon bareldən çox artmasına gətirib çıxardı. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlər üçün keçirilən seminar zamanı Britaniyanın BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib.

O cümlədən, 2013-cü ildə ABŞ-da neft istehsalı həcmi 10 milyon barel təşkil edib. Bu rəqəm 2012-ci ildə sutkada 8,9 milyon barel olub.

V.Drebentsovun sözlərinə görə, ABŞ-da neft hasilatı həcmləri artmaqda davam edir: "Artıq bu ilin birinci yarısında hasilatın həcmlərində sutkada daha bir milyon barel səviyyəsində artım müşahidə olunur".

BP-nin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısının sözlərinə görə, son 10 il ərzində dünyada sübut edilmiş neft ehtiyatlarını artımı 27 faiz, istifadə artımı isə 11 faiz təşkil edib. Sübut edilmiş neft ehtiyatlarında əhəmiyyətli artım əsasən şist nefti ilə, eləcə də Kanadada bituminoz qumlardan hasilatın inkişafı ilə bağlıdır.

Bununla yanaşı, proqnozlara görə, dünyada maye karbohidrogenlərin istifadəsində artım gözlənilir.

Dünyada maye karbohidrogenlərin istifadəsinin sutkalıq həcmi hazırkı 90 milyon barelə nisbətdə 109 milyon barel səviyyəsində proqnozlaşdırılır ki, bu da əsasən inkişaf etməkdə olan ölkələrdə istehlak həcmlərinin artması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti