...

Azərbaycan neftinin qiymətləri: 20-24 oktyabr həftəsinin yekunları

Energetika Materials 25 Oktyabr 2014 14:22 (UTC +04:00)
Ötən həftə - 20-24 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 89,24 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,62 dollar çoxdur.
Azərbaycan neftinin qiymətləri: 20-24 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 20-24 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 89,24 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,62 dollar çoxdur.

Trend-in məlumatına görə, 20-24 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 89,97, minimum isə 88,09 dollar/barel təşkil edib.

20-24 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 83,84 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,56 dollar çoxdur.

Ötən həftə URALS-ın qiyməti maksimum 84,56, minimum isə 82,66 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

20-24 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 85,65 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,24 dollar çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 86,54 dollar, minimum isə 84,47 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti