...

Bir neçə ölkənin enerji nazirləri Bakıya gəlir

Energetika Materials 9 Fevral 2015 17:23 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası Bakıda keçiriləcək.
Bir neçə ölkənin enerji nazirləri Bakıya gəlir

Azərbaycan, Bakı, 9 fevral /Trend/

"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası Bakıda keçiriləcək.

Trend Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 12-də baş tutacaq iclasda "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr veriləcək.

Məşvərət Şurasının iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanın energetika nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "BP-Azərbaycan" şirkəti, Transanadolu Boru Kəməri (TANAP), Transadriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirərək, eyni zamanda, layihənin enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcəyini əsas tutaraq "Cənub Qaz Dəhlizi" layihəsnin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasınin yaradılması təşəbbüsünü irəli sürüb.

Azərbaycan Prezidenti tərəfindən Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Energetika Nazirliyinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti