...

Dövlət Neft Fondu yeni qazma qurğusunun dəyərinin yarısını ödəyib

Energetika Materials 1 May 2015 16:52 (UTC +04:00)
Azərbaycanda yeni nəsil qazma qurğusunun tikintisinin maliyyələşdirilməsinə onun dəyərinin təqribən yarısı artıq ayrılıb.
Dövlət Neft Fondu yeni qazma qurğusunun dəyərinin yarısını ödəyib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda yeni nəsil qazma qurğusunun tikintisinin maliyyələşdirilməsinə onun dəyərinin təqribən yarısı artıq ayrılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında deyib.

O, ümid etdiyini bildirib ki, gələn il qurğu hazır olacaq və Xəzər dənizində suya buraxılacaq.

Ş.Mövsümovun sözlərinə görə, hazırda qurğunun istifadə edilməsi üzrə müxtəlif şirkətlərdən xeyli sayda müraciətlər və müqavilə təklifləri daxil olub: "Maraq çox böyükdür və bu, investisiyaların özünü tez doğruldacağından xəbər verir".

Layihənin dəyəri 1 116,7 milyon dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti