...

SOCAR Gürcüstanda karbamid zavodunun tikintisinin dayandırılmasının səbəblərini açıqladı

Energetika Materials 13 May 2015 13:43 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürüstandakı karbamid zavodunun tikintisinin dayandırılması xüsusilə enerji bazarında konyukturanın dəyişməsi, uzunmüddətli qaz təminatı və digər məsələlərlə bağlıdır.
SOCAR Gürcüstanda karbamid zavodunun tikintisinin dayandırılmasının səbəblərini açıqladı

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisini dayandırması enerji bazarında konyukturanın dəyişməsi, uzunmüddətli qaz təminatı və digər məsələlərlə bağlıdır. Bunu Trend-ə SOCAR-ın İnvestisiyalar idarəsinin rəhbəri Vaqif Əliyev deyib.

Onun sözlərinə əsasən, SOCAR tam məsuliyyəti ilə bəyan edir ki, bu qərarın qəbul edilməsinə heç bir subyektiv və digər faktorlar təsir etməyib: "Son günlər mətbuatda və sosial şəbəkələrdə layihənin dayandırılması haqqında əsassız, həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılır".

V.Əliyev qeyd edib ki, bu layihə üzərində xeyli müddət ciddi iş aparılıb, lakin göstərilən məsələlər yaranandan sonra layihəyə yenidən baxılıb və onun dayandırılması barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti