...

SOCAR yanacağa olan tələbat məsələsini belə həll etdi

Energetika Materials 3 İyun 2015 23:50 (UTC +04:00)
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft məhsullarını daxili tələbata yönəltmək üçün onların ixracını cüzi miqdarda azaldıb.
SOCAR yanacağa olan tələbat məsələsini belə həll etdi

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Maksim Tsurkov/

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft məhsullarını daxili tələbata yönəltmək üçün onların ixracını cüzi miqdarda azaldıb.

Trend-in məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, Dövlət Neft Şirkəti daxili tələbatı təmin etmək üçün belə bir addım atıb: "Neft məhsullarının ixracını dayandırmırıq, sadəcə olaraq, xarici bazarlara tədarük həcmini cüzi miqdarda azaldırıq. Avropa Oyunları zamanı yanacağa tələbat kifayət qədər yüksək olacaq. Artan tələbatı ödəmək üçün ixrac həcmlərini azaltdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti