Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Maksim Tsurkov/
Böyük Britaniyanın "Nobel Oil Services" (UK) Ltd" şirkəti Azərbaycanda "Denholm Oilfield Services Limited"in istehsalat müəssisəsinin yarısını əldə edib.
Bu barədə Trend şirkətə istinadən xəbər verir.
Məlumata görə, "Denholm" "SDL Denholm Limited" və "Denholm Oilfield Services (Azerbaijan)"da 50 faizlik payının "Nobel Oil Services Limited" şirkəti tərəfindən alındığını təsdiqləyib.
Sövdələşmənin dəyəri açıqlanmır.