Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Azad Həsənli/
2015-ci il yanvar-iyul aylarında Azərbaycanda 13,6 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin bu ilin 7 ayının yekunlarına həsr olunmuş hesabatında deyilir.
Hesabat dövründə istehsal olunan ümumi elektrik enerjisinin 13 milyard kilovat/saatı əmtəəlik elektrik enerjisinin payına düşüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
Bu ilin yanvar-iyul aylarında istehsal olunan ümumi elektrik enerjisinin 12,5 milyard kilovat/saatı (91,96 faizi) İstilik Elektrik Stansiyalarının payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Su Elektrik Stansiyaları tərəfindən 7 ay ərzində 1088,9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz çoxdur.